Amerikalı girovun başını fransız kəsib
Bizi izləyin

Dünya

Amerikalı girovun başını fransız kəsib

Amerikalı Piter Kessiqin edamında iştirak edən “İslam Dövləti”(İŞİD) terrorçuları arasında fransız vətəndaşı Maksim Oşar ola bilər.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Fransanın daxili işlər naziri Bernar Kaznev bildirib.

“Bu, 1992-ci il təvəlüdlü Maksim Oşar ola bilər. O, 2013-cü ilin avqustunda Suriyaya yola düşüb", - deyə Kaznev qeyd edib.

Qeyd edək ki, amerikalı Piter Kessiqin ölümü haqqında informasiya 16 noyabrda çıxıb. İŞİD onun edamı ilə bağlı videonu internetdə yerləşdirib. Videonun 16-cı dəqiqəsində Suriya əsgərlərinin kütləvi edamı ilə bağlı kadrlar yer alıb.

ABŞ vətəndaşı Piter Kessiq 2007-ci ildə İraqda hərbi xidməti keçib. Bundan sonra o, Livana yola düşüb. O, suriyalı qaçqınlara yardım göstərirdi. Kessiq 1 oktyabr 2013-cü ildə əsir götürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm