Zürafə “Marius” aslanlara yem oldu - FOTO
Bizi izləyin

Dünya

Zürafə “Marius” aslanlara yem oldu - FOTO

Danimarkanın paytaxtı Kopenhagen zooparkında zürafə qətliamı baş verib.

Danimarkanın paytaxtı Kopenhagen zooparkında zürafə qətliamı baş verib.

Belə ki, sakinlər zürafə “Marius”un kəsilməməsi üçün israr etsələr də, bu cəhdləri boşa çıxıb. Zürafə kəsilməkdən xilas ola bilməyib.

Zoopark rəhbərliyi əllərindəki zürafə sayının artdığını və Avropadakı digər zooparkların heyvanları qəbul etmədiyini deyərək Mariusun kəsiləcəyini açıqlamışdı.

18 aylıq zürafə Marius açıqlandığı kimi bu gün ziyarətçilərin gözü önündə kəsilərək baytar tələbələr tərəfindən istifadə edilib. Uşaqların qarşısında baş verən hadisə zoopark ziyarətçilərinin marağına səbəb olub.

Müxtəlif şüarlarla çıxış edən heyvan sevərlər əməliyyatın dayandırılmasını və Mariusun başqa zooparka və ya təbiətə buraxılmasını istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm