General vertolyot qəzasında həlak oldu
Bizi izləyin

Dünya

General vertolyot qəzasında həlak oldu

Tailandda “Bell 212” vertolyotu havaya qalxandan 10 dəqiqə sonra qəzaya uğrayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, vertolyotda olan doqquz hərbçinin hamısı həlak olub.

İlkin versiyaya görə, qəzaya səbəb pis hava şəraiti və ya mühərrikdəki nasazlıq ola bilər. Həlak olarlardan biri Tailand 3-cü regional ordunun komandir müavini, general-mayor Sonqfol Tonqendir. O, bu yaxınlarda yeni vəzifəsinə təyin edilmişdi.

Zabitlər Pxayau əyalətində müayinədən keçəndən sonra hərbi bazaya qayıdırdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm