Con Kerri müttəfiqlərdən alternativ təkliflər istədi
Bizi izləyin

Dünya

Con Kerri müttəfiqlərdən alternativ təkliflər istədi

Suriya və İraqda koalisiyanın əməliyyatlarını tənqid edənlər "İslam Dövləti" (İŞİD) qruplaşması ilə mübarizə üçün alternativ plan təqdim etməlidir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın dövlət katibi Con Kerri deyib.

"Biz "İslam Dövləti”nə qarşı ona görə durmuruq ki, bu sadədir. Ona görə ki, bu lazımdır. Biz bütün məsələlərə hazırıq, amma alternativ təkliflər eşitmək istəyirik. Hər bir tənqidçi “o, nə edərdi” sualına cavab verməyə hazır olmalıdır”, - deyə Kerri bildirib.

ABŞ dövlət katibi qeyd edib ki, əgər bu gün “İslam Dövləti”nə qalib gəlməsələr, o halda Yaxın Şərq gələcəkdə yaşamağa qabil olmayacaq.

Qeyd edək ki, bir sıra müttəfiq ölkələrinin dəstəyi ilə ABŞ 23 sentyabrdan Suriyada “İslam Dövləti”nin mövqelərinə aviazərbələr endirməyə başlayıb. Analoji əməliyyat avqust ayından İraqda keçilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm