“Rusiya rəhbərliyinin Qərblə “böyük saziş” planı iflas etdi”
Bizi izləyin

Dünya

“Rusiya rəhbərliyinin Qərblə “böyük saziş” planı iflas etdi”

“Avstraliyada “Böyük iyirmiliyin” sammitində Rusiya rəhbərliyinin Qərblə “böyük saziş” planı iflas etdi”.

Publika.az-ın “Rosbalt.ru” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Avstraliyanın Brisben şəhərində 15-16 noyabr tarixlərində keçirilən “Böyük iyirmiliyin” (G20) sammitinin nəticələrini şərh edən rusiyalı politoloq Andrey Piontkovski deyib.

Ekspertin sözlərinə görə, Rusiyanın arzuladığı “böyük saziş” planı sammitdə ümumiyyətlə müzakirə edilmədi: “Bu, onun üçün baş verdi ki, Qərb belə konstruksiyalara qətiyyən hazır deyil".

Rusiyalı politoloq həmçinin qeyd edib ki, bir sıra ölkə liderlərinin diplomatik demarşların Putini üçün alçaldıcı olub: “Brisbendə Rusiya liderinə anlamağa imkan verdilər ki, əgər Ukrayna barəsində öz siyasətini dəyişdirməyəcəksə, onunla sanksiyaların dili ilə danışacaqlar. Amma Putin özsiyasətini dəyişməyəcək. Çünki Putinin mövqeyini dəyişməsi onun Rusiyada tərəfdarları qarşısında reytinqini kəskin aşağı salardı”.

A.Piontkovskinin sözlərinə görə, Rusiya prezidenti ətrafında hazırda vəziyyət çox mürəkkəbdir və yaxın vaxtlarda Ukraynada hərbi vəziyyətin kəskinləşməsini gözləmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm