• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avropa Rusiyanı dekabr ayına kimi “incitməyəcək”

  • Dünya
  • 18 Noyabr 2014 06:56
  • 363 Baxış
Avropa Rusiyanı dekabr ayına kimi “incitməyəcək”

Avropa Birliyi (AB) dekabrın əvvəlinə kimi Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyinə Brüsseldəki mənbələr bildirib.

AB ölkələrinin xarici işlər nazirlərinin görüşündə isə separatçıların noyabr ayının 2-də keçirdiyi seçkilər, həmçinin Ukraynada iqtisadi islahatlar və Ukrayna böhranının həlli yollarının axtarışına Rusiyanın cəlb edilməsi müzakirə olunacaq. Çexiya xarici işlər naziri Lyubomir Zaoralekanın sözlərinə görə, AB Luqansk və Donetsk “xalq respublikları”nın liderləri barəsində şəxsi sanksiyaların qəbulu məsələsi gündəmdə olacaq.

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç də öz növbəsində əlavə edib ki, dekabra qədər Rusiya barəsində yeni sanksiyaların qəbulu gündəmdə deyil. Yalnız “qara siyahı”nın genişlənildirilməsi və viza məhdudiyyətlərin tətbiqi müzakirəyə çıxarıla bilər.

Eyni zamanda ABŞ-ın “The New York Times” qəzeti yazır ki, Rusiyaya qarşı yeni məhdudlaşdırıcı ölçülərin tətbiqinə dekabrın ortasında baxılacaq. Qeyd edək ki, AB-nin növbəti sammitinin 18-19 dekabrda keçirilməsi nəzərdə tutulub.

“Röyters” dəqiqləşdirir ki, AB ölkələrinin xarici işlər nazirləri Donetsk və Luqansk “xalq respublikaları”nın liderləri Aleksandr Zaxarçenko və İqor Plotnitskinin adının sanksiyalar siyahısına daxil edilməsi barədə razılaşıblar. AB ölkələrinin xarici işlər nazirləri hesab edirlər ki, “LXR” və “DXR” liderlərinin genişləndirilmiş siyahısı noyabrın sonuna kimi hazırlanmalıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR