“Gürcüstan NATO-nun üzvü olacaq”
Bizi izləyin

Dünya

“Gürcüstan NATO-nun üzvü olacaq”

Gürcüstan Şimali Atlantika İttifaqının (NATO) bütün meyarlarını yerinə yetirən kimi onun üzvü olacaq.

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşdən sonra bildirib.

“Gürcüstan son illər ərzində NATO-ya yaxınlaşıb. Biz 2008-ci ildə NATO-nun Buxarestdə sammitində qəbul edilən qərarın arxasındayıq. Gürcüstan ittifaqın bütün meyarlarına yerinə yetirəm kimi onun üzvü olacaq. Bu istiqamətdə sizi dəstəkləməkdə davam edəcəyik", - deyə NATO-nun baş katibi deyib.

Onun sözlərinə görə, Gürcüstan NATO-nun ən yaxın partnyorlarından biridir və ittifaqın hərbi əməliyyatlarında aktiv rol oynayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm