"Boinq-777”də həlak olanların yeni qalıqları aşkarlandı - VİDEO
Bizi izləyin

Dünya

"Boinq-777”də həlak olanların yeni qalıqları aşkarlandı - VİDEO

Ekspertlər Ukraynanın şərqində “Malaysia Airlines” hava yollarına məxsus “Boinq-777” təyyarəsinin qəzası nəticəsində həlak olanların yeni qalıqlarını aşkar edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Niderlandlar hökumətinin xəbərində deyilir.

Tapılmış qalıqlar ekspertizadan keçirilməsi üçün Xarkova, daha sonra isə Niderlanda göndəriləcək.

“Associated Press” agentliyi isə təyyarə qəzasından dörd ay sonra hadisə yerindən çəkilmiş həvəskar videonu yayımlayıb. Bu görüntülər qəzanın baş verdiyi əraziyə yaxın evlərdən çəkilib. Holland ekspertləri təyyarə qəzasının araşdırılması ilə məşğul olurlar. Noyabrdan 16-dan Donetsk vilayətindən “Boinq-777”nin qırıntılarının ixracı başlanılıb.

Noyabrın 14-də Rusiyanın “Birinci kanal"ın efirində peyk şəkilləri göstərildi. Kanal iddia edir ki, mülki təyyarə “hava-hava” raketi ilə vurulub. Rusiya Müdafiə Nazirliyi hələ iyul ayında bildirirdi ki, “Boinq-777" təyyarəsi vurulduğu vaxt onunla Ukraynanın döyüş təyyarəsi arasında məsafə 3-4 kilometr olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm