Bağdadda növbəti partlayış: 12 ölü, 29 yaralı
Bizi izləyin

Dünya

Bağdadda növbəti partlayış: 12 ölü, 29 yaralı

Bu gün Bağdadın insanların çox olduğu alış-veriş mərkəzlərində iki avtomobilə yerləşdirilmiş bomba partlayışları nəticəsində 12 nəfər ölüb, 29 nəfər yaralanıb.

Publika.az-ın məlumatına görə, hücumlardan biri Meştal, digəri isə Əmiriyə məhəllələrində baş verib.

Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin İslam Dövləti yaraqlıları son bir neçə həftə ərzində bazar günü Bağdad yaxınlığındakı yoxlanış məntəqəsinə edilən hücum da daxil edilməklə, silsilə bomba hücumları həyata keçirdiyini bildirib.

Bomba hücumları əsasən Bağdadın şiə məhəllələri olmaqla, demək olar ki hər gün həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm