İŞİD indi də oğurluğa başladı
Bizi izləyin

Dünya

İŞİD indi də oğurluğa başladı

Koalisiya qüvvələrinin bombardmanından ağır zərbələr alan İŞİD Kobanidə kəndlərdə oğurluğa başlayıb.

Publika.az “internethaber”ə istinadən xəbər verir ki, ABŞ və koalisiya qüvvələrinin İraq və Suriyadakı İŞİD hədəflərinə son üç gündə 31 hava hücumu təşkil etdiyi bildirilib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən açıqlamada, ABŞ qırıcılarının 14-17 noyabr tarixləri arasında Suriyada İŞİD yaraqlılarına qarşı 11 hava hücumu təşkil etdiyini qeyd edib.

Kobaninin şərqindəki Çələbi kəndinə talana başlayan İŞİD yaraqlıları YPG-çilərin (PKK terror təşkilatının Suriya qolu) sərt reaksiyası ilə qarşılaşıb. Toqquşma nəticəsində 5 İŞİD-çi öldürülüb və terror təşkilatına məxsus iki avtomobil məhv edilib. Həmçinin çoxlu sayda silah da müsadirə edilib. Bununla bərabər, İŞİD-in Kobaninin kəndlərində tez-tez talan və oğurluq etdiyi bildirilib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm