İŞİD onları “Cənnətin qapısı"ndan qovdu: "Köksünüz"
Bizi izləyin

Dünya

İŞİD onları “Cənnətin qapısı"ndan qovdu: "Köksünüz"

İŞİD terror təşkilatı sıralarında vuruşmağa gələn 4 qardaş artıq çəki səbəbindən geri qaytarılıb.

Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Livan əsilli Avstraliya vətəndaşı olan 17, 23, 25 və 28 yaşlı dörd qardaş “Tailanda tətilə gedirik” deyərək evdən ayrılıblar. Amma az sonra həmin gənclər evdə onları gözləyən analarına “biz Dəməşqdəyik. İslam Dövlətinin cihadına qoşulduq. Cənnətdə görüşərik” yazılmış bir məktub yollayıblar.

Lakin qardaşların arzusu ürəklərində qalıb. Belə ki, dörd qardaşın hər birinin çəkisi 140 kiloqramdan çox olduğundan, İŞİD onlara “işimə yaramazsınız” deyib və geri göndərib.

Qardaşların ailəsini tanıyan Sidney İslam Birliyinin sədri Camal Rifini xəbəri təsdiq edib: “Onlar həddən artıq kökdürlər. Gənclərə “ancaq yeməyimizi yeyirsiniz, yeriməkdə acizsiniz” deyilib və geri göndəriliblər”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm