• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ukraynalı baş redaktor: ”Putinin bunu etməyə gücü yoxdur”

  • Dünya
  • 18 Noyabr 2014 12:51
  • 335 Baxış
Ukraynalı baş redaktor: ”Putinin bunu etməyə gücü yoxdur”

“Böyük iyirmiliyin” sammiti Ukraynanın xarici siyasət vəziyyətini dəyişdirdi və qətiyyətli strategiyanın işlənməsi üçün əlverişli fon yaratdı”.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın “Censor.net” xəbər saytının baş redaktoru Yuri Butusov “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna hücuma keçməli və Poroşenko Putindən qorxmağa son qoymalıdır: “Görünür ki, genişmiqyaslı hərbi müdaxilə təhlükəsinə reallıq kimi baxılır. Amma genişmiqyaslı müdaxilə üçün Putin səfərbərbərlik həyata keçirməlidir. Məsələ ondadır ki, Donbas hövzəsindəki müharibə Rusiya Silahlı Qüvvələrinin döyüş vəziyyətdə olan hərbi hissələrin hərbçi ehtiyatının 60-70 mini keçmədiyini göstərdi. Bu güclərlə ağır zərbələr vurmaq olar, amma işğalı həyata keçirmək olmaz. Krıma quru dəhlizin açılması üçün böyük ordu qruplaşmaları lazımdır. Donbas hövzəsində Putinin belə ordusu yoxdur”.

Baş redaktor hesab edir ki, cənub istiqamətində Rusiyanın genişmiqyaslı hücumunu gözləmək lazım deyil: “Çünki bu istiqamətdə zərbə qruplaşmalarının konsentrasiyası müşahidə olunmur. Hərbi nöqteyi-nəzərdən Rusiya Ukraynanın işğalına hazırlığın əsas mərhələsi üçün qismən səfərbərlik həyata keçirə bilər. Amma inamla deyə bilərəm ki, belə bir səfərbərlik olmayacaq. Brisbendə Qərb Putinə qarşı ilk dəfə vahid cəbhədə çıxış etdi və ilk dəfə göstərdi ki, Ukraynada müharibənin sonrakı eskalasiyası halında Putin sanksiyaların yeni paketlərini daha sürətlə alacaq. Rusiya enerji xammalının qiymətlərinin dünya bazarlarında düşməsi ilə iflic edilib. Müasir müharibə çox bahalıdır”.

Y.Butusovun sözlərinə görə, güclü hərbi zərbələr vurulacağı halda Putini danışıqlarda sülh yaradan rolunda oynamağa məcbur etmək olar: “Bizə diversiya qrupları, qaubitsa artilleriyası və minaatanların müharibəsi lazımdır. Antiterror əməliyyatları zonasını düşmən agenturasından qorumaq lazımdır. Ordu təcili olaraq yenidən təşkil edilməlidir. Biz Donbas hövzəsində Rusiyanı sındıra bilərik, amma bunun üçün piarsız və reklamsız müharibə aparılmalıdır. Müharibənin bir hədəfi olmalıdır: işğalçı qoşunlara maksimal itki vermək. Fikrimcə, Brisben sammitindən sonra yaranmış vəziyyəti prezidenti Poroşenko təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurası ilə müzakirə etməlidir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR