Şok: FSB Putini başqasıyla əvəz etməyə hazırlaşır - FOTO
Bizi izləyin

Dünya

Şok: FSB Putini başqasıyla əvəz etməyə hazırlaşır - FOTO

“Mənə bəlli oldu ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) dərinliklərində Rusiyanın ali rəhbərliyini yeni siyasi fiqurla dəyişdirməyə hazırlaşırlar”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı jurnalist Aleksandr Sotnik öz Feysbuk səhifəsində çıxış edib.

O, daxili və xarici uğursuzluqların, KİV-in təbliğatına baxmayaraq, artıq hakimiyyətin təcili şəkildə dəyişdirilməsi vacibliyini üzə çıxdığını bildirib:

“Heç kimə sirr deyil ki, 1982-ci ildən Rusiyanı hər şeyə qadir olan KQB (DTK) idarə edir. 1984-cü ildə Andropovun ölümü heç nəyi dəyişmədi. Yaşlıların vəfatından sonra hakimiyyətə gənc və enerjili Qorbaçov gətirildi. Amma rəhbərliyin qabiliyyətsizliyi planlaşdırılan nəticələrə çatmağa imkan vermədi və “SSRİ layihəsi” basdırıldı. Qorbaçovun bütün həyatı boyunca lazım olduğu məqamlarda canlı müqəvva kimi istifadə edilməsi şərtilə yaşamağına icazə verildi”.

Jurnalist açıqlamasında Putinin əvəzlənəcəyini yazıb:

“Putinin sonuncu dəfə siyasi meydanda sarsıdıcı məğlubiyyəti çox güman ki, sistemin təcili işə salınaraq yenilənməli olduğuna dair bir xəbərdarlıqdır. Təəssüf ki, məndə bunun necə baş verəcəyi haqqında geniş təsəvvür yoxdur. Amma əminəm ki, artıq yaxın zamanlarda biz Kremlin daxildən necə dəyişdiyinin şahidi olacağıq. Artıq baş rolda olacaq oyunçular hazırlanır. Ölkədə və dünyada korrupsiyanı boğmağı bacaran yeni, perspektivli, parlaq siyasətçi peyda olacaq, necə deyərlər “insan simasında” bir çekist – FTB-çi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm