Rusiyalı politoloq: “Bakı və Moskva İŞİD-ə qarşı birləşməlidir”
Bizi izləyin

Dünya

Rusiyalı politoloq: “Bakı və Moskva İŞİD-ə qarşı birləşməlidir”

“Moskvada Azərbaycanı Gömrük Şurasında görməkdən şad olardılar. Vaxtilə Türkiyənin də bu ittifaqa girməsi haqda fikirlər var idi. Bu iki ölkə dostdur və eyni istiqamətdə hərəkət edəcəkləri ən böyük ehtimaldır”.


Publika.az xəbər verir ki, bu barədə MDB ölkələri Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusev deyib.


Onun sözlərinə görə, Azərbaycan bu gün post-sovet məkanında İslam dünyasının mövqeyini önəmli şəkildə müəyyən edir: “Biz bunu nəzərə almalıyıq. Çünki Rusiya ərazisində İslam dininə inanan böyük sayda insan yaşayır. Bu cəhətdən Azərbaycan bizim üçün kifayət qədər böyük perspektivlər açır. Xüsusilə bu gün Yaxın Şərqdə yaranan “İslam dövləti” Azərbaycan və Rusiya üçün təhlükə mənbəyidir. Bakı və Moskva buna qarşı birləşməli, ümumi qlobal təhlükəsizlik prosesində birgə iştirak etməlidir”.


Rusiyalı politoloq Moskvanın Dağlıq Qarabağ münaqişəşi ilə yaxından maraqlandığını bildirib. Onun sözlərinə görə, Moskva münaqişəyə yanaşmada konstruktiv mövqe tutur: “Soçi görüşünü xatırlayaq. Məhz bu görüşdən sonra yaranmış gərginlik aradan qalxdı. Rusiya bu münaqişəyə laqeyd qala bilməz”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm