Almaniyalı siyasətçidən şok çağırış: “Krımın ilhaqını leqallaşdırın”
Bizi izləyin

Dünya

Almaniyalı siyasətçidən şok çağırış: “Krımın ilhaqını leqallaşdırın”

Brandenburq federal əyalətinin keçmiş baş naziri, Almaniya-Rusiya Forumunun sədri Mathias Platsekdən şok çağırış gəlib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, M.Platsek Qərbi Krımın Rusiya tərəfindən ilhaqını leqallaşdırmağa çağırıb.

O, həmçinin bildirib ki, separatçıların nəzarətində olan Ukraynanın şərq regionlarının Kiyev hakimiyyətinin nəzarəti altına qaytarılması ehtimalı olduqca azdır.

“Rusiya Federasiyası prezidenti Vladimir Putinə heç də uduzmuş kimi baxılmamalıdır. Rusiyada vəziyyət qeyri-stabildir. Amma dünyanın ən böyük nüvə dövlətlərindən biri olan Rusiya gözlənilməyən nəticələrə gətirib çıxara bilər”, - deyə Brandenburq federal əyalətinin keçmiş baş naziri bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm