Alman nəşri: “Moskva Dağlıq Qarabağ münaqişəsindən məharətlə istifadə edə bilər”
Bizi izləyin

Dünya

Alman nəşri: “Moskva Dağlıq Qarabağ münaqişəsindən məharətlə istifadə edə bilər”

Almaniyanın baş naziri Angela Merkelin Avstraliyada Rusiyanın hücum edəcəyi ölkələrin siyahısını açıqlaması olduqca ciddi qarşılanıb. Kansler hazırda Moldova, Gürcüstan və Serbiyanın ən böyük risk altında olan ölkələr olduğunu deyib.

Publika.az-ın verdiyi xəbərə görə, Almaniyanın “Rheinische Post” qəzeti qeyd edir ki, Merkel Sidneydə etdiyi çıxışında Rusiyanın imperiya ambisiyaları ilə əlaqədar Balkanları xatırladıb.

Almaniya kansleri qonşu Monteneqroda xarici şirkətlərin üçdə birinin rusiyalılara aid olduğunu da dilə gətirib. Qərb mətbuatı və siyasətçilər güman edir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ-ın dünya hökmranlığı cəhdlərinə qarşı durmaq üçün Ukrayna böhranından sonra Balkanlarda yeni münaqişə ocağı yaradacaq. Ekspertlərin versiyasına görə, Rusiya lideri məqsədinə çatmaq üçün Balkan ölkələrinin Moskvadan siyasi və iqtisadi asılılığından yararlanmağa çalışacaq.

“Rheinische Post” qəzeti məqalədə Putinin bir ay əvvəl Soçidə “Valday” diskussiya klubunda çıxışını xatırladıb. Qeyd olunur ki, Putin həmin çıxışında ABŞ-ın birqütblü dünya siyasətinə Rusiya var gücü ilə qarşı çıxacağını söyləyib.

“Rusiya Federasiyası Krımı zəbt etdi və Şərqi Ukraynada separatçıları pulla, silah və canlı qüvvə ilə dəstəkləyir. Rusiya bombardmançıları NATO-ya üzv ölkələrinin sərhədlərinə yaxın uçur, Rusiyanın hərbi gəmiləri Avstraliyanın sahilinə qədər üzür. Bundan başqa, Kreml regionlarda Rusiyanın təsirinin genişlənilməsi üçün "yumşaq güc" prinsipi üzrə hərəkət edir. Moskva Balkan istiqamətində də öz hərəkətlərini aktivləşdirib”, - deyə məqalədə deyilir. .

BMT Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən yalnız Rusiya bir neçə gün əvvəl Bosniya və Herseqovinada sülh əməliyyatının uzadılması barədə qətnaməni dəstəkləməkdən imtina edib. Ekspertlər bu imtinanı Balkanlarda Rusiyanın siyasətinin mühüm dəyişikliklərin göstərici hesab edirlər. Rusiya Serbiya ilə əlaqələri möhkəmlədir. Putinin oktyabr ayında Belqrada dövlət səfərində Serbiya ilə hərbi-iqtisadi əməkdaşlıq haqqında ondan çox razılaşma imzaladı. Avropa Birliyinin üzvü olan Bolqarıstan Rusiya enerjidaşıyıcısılarından tamamilə asılıdır və Moskvanın maraqlarının qızğın tərəfdarıdır.

Almaniya buntestaqın üzvü Andreas Şokkenxoff “Rheinische Post” qəzetinə müsahibəsində Balkanlarda Rusiyanın iştirakı ilə yeni münaqişənin yaranma ehtimalının yüksək olduğunu deyib. Onun fikrincə, Rusiya Avropada “soyuq müharibə” deyil, “isti müharibə” aparır və qonşu ölkənin ərazisinə tankların, ağır artilleriyanın və canlı qüvvə göndərir.

A.Şokkenxoff 2014-cü ilin yanvarına qədər Almaniya hökumətində Alman-Rusiya əməkdaşlığı üzrə səlahiyyətli nümayəndə postunu tutub. O, həmin vaxt xəbərdarlıq etmişdi ki, Rusiya şantaj aləti olaraq Serbiyaya enerjidaşıyıcısıların çatdırılmasından istifadə edəcək. Siyasətçinin fikrincə, Rusiya Serbiyadan Avropa Birliyinə qarşı istifadə etmək niyyətindədir.

“Qərbdə Rusiyanı Krımdan sonra yeni ərazilərin ilhaqı barədə planlarına görə dəfələrlə ittiham ediblər. Xüsusilə Dnestryanı ərazinin Rusiyaya birləşməsi haqqında şübhələr səslənib. Həmçinin fikirlər səslənir ki, Ukraynadan sonra Rusiyanın növbəti işğal hədəfi Cənubi Qafqaz ola bilər. Müşahidəçilərin versiyasına görə, Moskva öz tamahkar maraqları üçün Ermənistan və Azərbaycan arasındakı münaqişədən məharətlə istifadə edə bilər”, - sonda alman nəşri qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm