Fətullah Gülənin jurnalisti həmkarını şillələdi – VİDEO
Bizi izləyin

Dünya

Fətullah Gülənin jurnalisti həmkarını şillələdi – VİDEO

Türkiyənin “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı kitabının imza günündə ona sual verən “Akit” qəzetinin müxbirini şillələyib.

Publika.az xəbər verir ki, Fətullah Gülən hərəkatının media orqanı olaraq tanınan “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı kitabının imza günündə “Akit” qəzetinin müxbiri Məhmət Özmənə “münafiqlik etməyin” deyərək qışqırıb, daha sonra şillə vurub.

“Akit” qəzetinin müxbiri Məhmət Özmən operatorla bərabər Dumanlının imza gününə gedib. Dumanlıya suallar verməyə başlayan Özmən, Əkrəm Dumanlının narahat olmasına səbəb olub. Sual verilən zaman ayaq üstə qalxan Dumanlı, Məhmət Özmənə “münafiqlik eləməyin” deyə qışqırıb. Məhz bundan sonra Əkrəmin cangüdənləri Məhmətə yersiz müdaxilə edib.

Olaya müdaxilə edən polislər Məhmət Özməni hadisə yerindən uzaqlaşdırıb.

Daha ətraflı videoda:

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm