Kobanidə son çarə: QAÇMAQ
Bizi izləyin

Dünya

Kobanidə son çarə: QAÇMAQ

Suriyanın Kobani şəhərində YPG terror təşkilatı, peşmərgə və Azad Suriya Ordusu (ASO) qüvvələri ilə İŞİD terror təşkilatı arasındakı toqquşmalar şəhərin şərqindəki Mıştənur təpəsi və Kani Kurdo məhəllələrində davam edir.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Kobanidəki ASO komandiri Abdullah Dədə İŞİD-in Türkiyə ilə Suriya sərhədində yerləşən Mürşidpınar sərhəd məntəqəsinə hücumları haqqında məlumat verib. Abdullah Dədənin dediyinə görə, hücumlar nəticəsində 12 İŞİD-çi öldürülüb. Lakin Mıştənur təpəsi və Kani Kurdo məhəllələrində toqquşmalar davam edir.

Abdullah Dədənin məlumatına görə, YPG və peşmərgələr Mıştənur Təpəsinin böyük bir hissəsini ələ keçirib. Dədə “onlara öz silahları ilə cavab veririk. Artıq qaçmaqdan başqa çarələri qalmayıb. Çoxlu sayda itki veriblər” deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm