Dünya
Henri Kissincer: “Ukrayna Krımı və NATO-ya üzvlüyü unutmalıdır”
“Ukrayna Krımı və Şimali Atlantika İttifaqına üzvlüyü unutmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Srilanka Guardian” qəzetinə müsahibəsində bildirib.
Keçmiş dövlət katibinin fikrincə, hazırda yeni dünya nizamına kəskin ehtiyac yaranıb və onun formalaşması uzun, eyni zamanda, mürəkkəb olacaq.
“Dünyada hamı tərəfindən qəbul edilmiş ümumi qayda yoxdur. Çin baxışı, islam təsəvvürü, qərb obrazı və müəyyən dərəcədə Rusiya nöqteyi-nəzəri mövcuddur”, - deyə o vurğulayıb.
H.Kissincer əmindir ki, Ukrayna həmişə Rusiya üçün xüsusi qiymətə malik olacaq: “Bu faktın qəbul edilməsi qaçılmazdır. Ukrayna hakimiyyəti Krım yarımadasını unutmalıdır. Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da səhv idi. Biz etiraf etməliyik ki, Rusiya beynəlxalq sistemin mühüm hissəsidir. Rusiya ilə əməkdaşlıq Suriya böhranı və İranın nüvə məsələsinin həlli üçün çox vacibdir”.
O əlavə edib ki, Ukrayna gələcəkdə NATO-ya üzv olmağa da ümid edə bilməz. Keçmiş dövlət katibinin fikrincə, ittifaq üzvləri bu məsələdə ümumi mövqeyə gələ bilməyəcək.
Ömər Dağlı
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...