Türkiyə ana müxalifətinə sürpriz müraciət: BİRLƏŞƏK
Bizi izləyin

Dünya

Türkiyə ana müxalifətinə sürpriz müraciət: BİRLƏŞƏK

Türkiyə Fəhlə Partiyasının sədri Doğu Perinçek Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna birləşməklə bağlı müraciət edib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Türkiyə Fəhlə Partiyasının sədri Doğu Perinçek Kırklareli şəhərində partiyadaşları ilə görüşüb. Görüşdə nitq söyləyən Perinçek ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğluna birləşməklə bağlı müraciət edib: “Kılıçdaroğluna buradan çağırış edirəm. Cənab Kılıçdaroğu, altı müstəvidə – respublikaçılıqda, milliyyətçilikdə, xalqçılıqda, dövlətçilikdə, dünyəviçilikdə və inqilabçılıqda birləşək. ABŞ-ın Türkiyədəki səfiri ilə hotel otaqlarında görüşməyək. Ora heç birimizin ürəyi sığmaz, vicdanı sığmaz, əqidəsi sığmaz. Açıq şəkildə birləşmə çağırış edirəm. Cümhuriyyət Xalq Partiyasının bayrağındakı o altı oxda birləşək”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm