Mixail Qorbaçov qatillə maraqlandı
Bizi izləyin

Dünya

Mixail Qorbaçov qatillə maraqlandı

Keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov “Tvin Piks” serialının böyük azarkeşi olub. Devid Linçin və Mark Frostun çəkdikləri televiziya filmi eks-prezidenti o qədər maraqlandırıb ki, o hətta amerikalı həmkarı prezident Corc Buşa oradakı əsas müəmma ilə bağlı sual da verib.

Qorbaçovun bu marağını amerikalı bəstəkar və şair Rayan Uolş da təsdiq edir. Belə ki, eks-prezident, Lora Palmerin müəmmalı qətli ilə bağlı təfərrüatı öyrənmək istəyirmiş.

Uolş “twitter” hesabında “Düşüncələr: “Tvin Piks”in şifahi tarixçəsi” adlı kitabından parçalar yerləşdirib. Serialı çəkən "Spelling Entertainment Inc” televiziya şirkətinin keçmiş rəhbəri Culs Haymovitsin xatirələri də kitabda yer alıb.

Beləliklə, Haymovitsin sözlərinə görə, bir dəfə Karl Linder prezident Corc Buşun dostu, öz ortağı və şirkətin banisi olan Aaron Spellinqə zəng edib soruşdu: “Lora Palmeri kim öldürüb?” Spellinq eyni sualı rejissor Devid Linçə ünvanlayır, amma cavab ala bilmir. Linder inadkarlıq göstərir və nəticədə məlum olur ki, əslində, sual ABŞ prezidenti Corc Buşdan gəlib. Öz növbəsində, ondan da bunu öyrənməyi xahiş edən Qorbaçov olub.

Nəticədə, yenə silsilə zənglərdən sonra Haymovits bir daha Lincə eyni sualı ünvanlayıb. O qeyd edib: “Bax o zaman mən anladım ki, Devid özü də Lora Palmeri kimin öldürdüyünü bilmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm