Dünya
“Həmas”: “Biz eləmədik, amma təbrik edirik”
“Həmas” təşkilatının sözçüsü Sami Əbu Zuhri Qüdsdə sinaqoqa hücumu şərh edib. O, verdiyi açıqlamasında bunu “qəhrəmanlıq” adlandırıb.
Publika.az “timeturk”ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında balta və bıçaqlarla silahlanmış iki fələstinli Qüdsdəki sinaqoqlardan birinə hücum edib. Hücum nəticəsində 5 yəhudi öldürülüb.
İsrail baş naziri hücumda Fələstin lideri Mahmud Abbası ittiham edib. Abbas isə hadisənin kimin tərəfindən törədilməsindən asılı olmayaraq, sinaqoqda dua edənlərə hücumu pislədiyini bildirib.
“Həmas”ın sözçüsü Sami Əbu Zuhri isə məsələyə dair açıqlamasında bu hadisəni onların törətmədiyini, amma hücum edənləri təbrik etdiklərini deyib. Əbu Zuhri açıqlamasında bunları deyib: “Bu hadisəni Əl-Əqsa məscidinə hücuma təbii və adekvat cavab olaraq görürük. Biz həmişə bu cür hərəkətləri dəstəklədiyimizi demişik. Bu cür hərəkətlərin davamı üçün çağırışlar etmişik və indi də edirik. Fələstinlilər öz müqəddəs məkanlarına qarşı edilən hücumlara təslim olmayacaq. Fələstinlilər çox az imkanları ilə hücum etməyə davam edəcək. İsrail qətlləri dayandıranda, biz də o zaman bu cür hərəkətlərin dayandırılması üçün çağırış edəcəyik. Ancaq sinaqoqa “Həmas” hücum etməyib. Bu cür hadisələr bizim təşkilatçılığımız ilə ola bilməz. Bu tamamilə İsrailin qanunsuzluqlarına qarşı Fələstin xalqının reaksiyasıdır. Bunu hər kim edibsə, təbrik edirik”.
Qabil
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia