General qaçırıldı, sülh müzakirələri təxirə salındı
Bizi izləyin

Dünya

General qaçırıldı, sülh müzakirələri təxirə salındı

Kolumbiyada ordu generalı qaçırıldığı üçün “FARC” təşkilatı ilə sülh müzakirələri təxirə salınıb.

Publika.az xəbər verir ki, Kolumbiya hökuməti bir ordu komandirinin qaçırılmasına görə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə sülh müzakirəsini təxirə salıb. Məlumata görə, general Ruben Dario Alzate srağagün FARC yaraqlıları tərəfindən qaçırılıb.

Kolumbiya prezidenti Yuan Manuel Santos qaçırılan generalın sağ-salamat azad edilməsinin vacib olduğunu vurğulayıb. Santos, Alzate azad edilənə qədər təşkilatla sülh müzakirələrinin dayandırıldığını bildirib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm