• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

200 qızın qaçırıldığı şəhər azad edildi

  • Dünya
  • 18 Noyabr 2014 20:54
  • 388 Baxış
200 qızın qaçırıldığı şəhər azad edildi

Nigeriya ordusu aprel ayında bir orta məktəbdən 200-dən çox şagirdin qaçırıldığı şəhəri geri alıb.

Publika.az xəbər verir ki, Nigeriya ordusu “Boko Haram” terror təşkilatının işğal etdiyi Çibok şəhərinin azad edib. Nigeriya ordusu “tvitter” sosial şəbəkəsindən verdiyi açıqlamada, dünən Çiboka hücum etdiklərini, çoxlu sayda terrorçunun öldürüldüyünü və yaxalandığını bildirib: “Şəhər öz abı-havasına geri qayıdıb. Çibok xilas edildi”.

Qeyd edək ki, Nigeriya hökuməti ölkənin hər tərəfində terror törədən “Boko Haram” terror təşkilatı ilə 5 ildir mübarizə aparır. Terrorçu təşkilat təkcə bu il ən azı 4 min insanın ölümünə, yüz minlərlə insanın evindən qaçqın düşməsinə səbəb olub. “Boko Haramın” məqsədi Nigeriyada hökuməti devirərək ölkədə şəriət dövləti yaratmaqdır.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR