Ukrayna FTX-nin diversant qrupunun Xarkov planını ifşa etdi
Bizi izləyin

Dünya

Ukrayna FTX-nin diversant qrupunun Xarkov planını ifşa etdi

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən hazırlanmış diversantlar Niderland hökumətinin nümayəndə heyətinə qarşı terror aktı həyata keçirmək istəyib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin başçısı Valentina Navlivayçenko bildirib.

Onun sözlərinə görə, Xarkovda pivəxanada törədilən partlayışla əlaqədar saxlanılan diversantlar Niderland nümayəndə heyətinin səfərinin plaşlaşdırıldığı Malışev adına zavodda da eyni əməli həyata keçirmək istəyib. Cinayətkar qrupun tərkibində 12 nəfər olub. Onların üzərində müxtəlif silahlar, həmçinin beynəlxalq konvensiyalarla qadağan edilmiş və Rusiya istehsalı olan piyadaya qarşı minalar götürülüb.

Valentina Navlivayçenko qeyd edib ki, qrup hərbi komissarlıqlar və digər dövlət əhəmiyyətli binalarda partlayışlar həyata keçirməyi planlaşdırırdı.

“Diversant qrupunun iştirakçılarından birinin dindirilməsi zamanı dəqiq məlumat aldıq ki, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə Tambov şəhərinə yaxın ərazidə məşq keçirdilər”, - deyə o, bildirib.

Xatırladaq ki, Xarkov pivəxanada partlayış 9 noyabrda olub. Pivəxanadakı 22 nəfərdən 13-ü yaralanıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin diversiya-kəşfiyyat qrupunun neytrallaşdırılması üzrə xüsusi əməliyyatı 17 noyabrda müvəffəqiyyətlə nəticələnib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm