Poroşenko millətçi qubernatorların istefasını qəbul etdi
Bizi izləyin

Dünya

Poroşenko millətçi qubernatorların istefasını qəbul etdi

Ukrayna prezidenti Pyotr Poroşenko üç vilayətin qubernatorunun istefasını qəbul edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunlar Ternopol, Rovno və Poltava vilayətləridir.

Müvafiq fərman dövlət başçısının saytında yerləşdirilib. Hər üç məmur - Oleq Sirotyuk, Serqey Rıbaçok və Viktor Buqayçuk millətçi “Azadlıq" PartiyasınI təmsil edir.

Qeyd edək ki, Maydan hərəkatının əsas güclərindən olan “Azadlıq” Partiyası 26 oktyabrda Ali Radaya keçirilən seçkilərdə uğursuzluqla üzləşib. Partiya 5 faizlik baryeri keçə bilmədiyi üçün parlamentdən kənarda qalıb.

“Azadlıq” 1991-ci ildə (həmin vaxt Sosial-Milli Partiya adlanırdı) yaradılıb. 2004-cü ildə qurultay zamanı partiyanın adının dəyişdirilib. Lideri Oleq Tyaqnibok olan “Azadlıq” antikommunist baxışları ilə tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm