• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rusiya vətəndaşlara silah daşımağa icazə verdi

  • Dünya
  • 19 Noyabr 2014 04:13
  • 424 Baxış
Rusiya vətəndaşlara silah daşımağa icazə verdi

Rusiya hökuməti vətəndaşların silah daşıması qaydalarına edilən dəyişiklikləri bəyənib.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dəyişikliklər özünümüdafiə üçün silah gəzdirmək hüququ verir.

İndiyə qədər silahdan lisenziya olduğu halda yalnız ov, idman yarışları, həmçinin məşq və tədris atışları məqsədilə istifadə etmək mümkün idi. Hökumətin mətbuat xidmətinin verdiyi məlumata görə, özünümüdafiə də dəqiqləşdirici xarakter daşıyır.

Bundan başqa, qanunvericilik Rusiyaya silah idxal edən və ya onu ölkə ərazisində əldə edən əcnəbilərlə bağlı da yumşaldılıb. Əcnəbilər üçün silahın saxlanılmasının müddəti beş gündən on günə qədər artırılıb. Bundan sonra hüquqi şəxslərə silahın 20 vahidi (daha əvvəl ən çox beş) və 20 minə qədər patronu (daha əvvəl 400-ə qədər patron) silahlı mühafizəsiz daşımağa icazə verilir.

“Silah haqqında” Qanuna əsasən ov tüfəngləri, travmatik, qaz və ya işıq-səs patronlu silahlar (tapançalar, revolverlər və lüləsiz odlu qurğular), gözyaşardıcı və ya qıcıqlandırıcı maddələrlə təchiz edilmiş elektroşok qurğular özünümüdafiə vətəndaş silahları hesab olunur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR