Terror nə qədər can alıb? - DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Dünya

Terror nə qədər can alıb? - DƏHŞƏTLİ FAKTLAR

2013-cü ildə dünyada terror hücumları qurbanlarının sayı ötən illə müqayisədə 61 faiz artaraq 18 minə çatıb.

Publika.az-ın məlumatına görə, bu barədə Qlobal Terrorism İndeksi adlı hesabatda bildirilib. Hesabatda qeyd olunur ki, 1 il ərzində terrorçu hücumların sayı 44 faiz artaraq 10 minə çatıb.

Hesabatı hazırlayan Dünya və İqtisadiyyat İnstitutunun direktoru Steve Killelea son il ərzində terror aktlarının sayının kəskin artmasının Suriyada vətəndaş müharibəsinə görə baş verdiyini bildirir. 2013-cü ildə terror hücumları nəticəsində ən çox sayda insan (6 mindən çox) İraqda həlak olub. Terror qurbanlarının sayına görə İraqdan sonra sıralamada Əfqanıstan, Pakistan, Nigeriya və Suriya durur. Bu 5 ölkənin payına dünyada baş verən terror aktlarının 80 faizi düşür. Ən çox insan həyatı aparan terror aktları İslam Dövləti, "Əl-Qaidə", "Boko Haram" və "Taliban" tərəfindən törədilib. Həmin qrupların vəhabiliyin ekstremist yozumuna əsaslanan dini təriqətdən istifadə etdikləri hesabatda qeyd olunub.

Sənəddə qeyd olunur kı, İslam mühitində mötədil sünniliyi yaymaqla dini ekstermizmin qarşısını almaq olar. Eyni zamanda bildirilir ki, terrorçuluğun güclənməsinə eləcə də, separatçılıq, millətçilik, daxili siyasi və geosiyasi şərait kimi amillər təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm