
İspaniya Məclisi Fələstin Dövlətinin tanınması üçün hökumətə təqdim olunan tövsiyə qərarını yekdilliklə qəbul edib.
Publika.az xəbər verir ki, səsvermə zamanı cəmi 1 nəfər bitərəf qalıb. 2 nəfər əlyehinə, 319 nəfər lehinə olmaqla sənəd qəbul olunub.
Sosialist Fəhlə Partiyasının hazırladığı sənəddə İspaniya Hökməti Fələstini dövlət kimi rəsmən tanımağa çağırılır.
Qeyd edək ki oktyabrın 30-da isə İsveç hökuməti Fələstini dövlət kimi tanıyıb.