Yanukoviçin oğlu günahsız olduğunu iddia edir
Bizi izləyin

Dünya

Yanukoviçin oğlu günahsız olduğunu iddia edir

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenkonu yalan söyləməkdə itttiham edib.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, keçmiş prezidentin oğlu 2014-cü ilin fevralında Meydan hadisələrində insanların güllələnməsində onun iştirakı ilə bağlı A.Qeraşenkonun bəyanatını yalan adlandırıb.

"Bu iddia sırtıq və cinayətkar yalandır. Ukrayna xalqından həqiqətləri gizlətməyə çalışan daxili işlər nazirinin məsləhətçisi qətllərə görə günahkarları axtarmamaq barədə qərar verdi. O, günahkarların təyin edilməsinə başlayıb. Bu halda hörmətli məsləhətçi günahsızlıq prezumpsiyasını unudaraq dövlət ittihamçısı furnksiyalarını mənimsəyib”, - deyə A.Yanukoviç deyib.

A.Yanukoviç həmçinin əlavə edib ki, vəkillərə onun ünvanına söylənilən yalan ittihamların təkzib edilməsi üçün tədbirlər görməyi tapşırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm