Kreml Ukrayna barəsində NATO-dan tam təminat istədi
Bizi izləyin

Dünya

Kreml Ukrayna barəsində NATO-dan tam təminat istədi

“Rusiyaya yüzfaizli zəmanət lazımdır ki, NATO-nun heç bir ölkəsi Ukraynanın ittifaqa üzvlüyünü düşünmür”.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri BBC telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Puskov deyib.

Onun sözlərinə görə, ittifaqın güclərinin Rusiya sərhədlərinə tədricən yaxınlaşması Moskvanı narahat etməyə və əlavə ehtiyat tədbirlərini görməyə məcbur etdi: "Biz eşitmək istəyirik ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasına son qoyacaq. NATO gücün balansını pozmaq cəhdlərinə son verəcək. Amma təəssüf ki, biz bu sözləri eşitmirik".

Dünən ABŞ dövlət katibinin müavini Rose Gottemeller bildirib ki, NATO-nun Avropadakı raket əleyhinə müdafiə sistemi Rusiyanı hədələmir. Onun sözlərinə görə, sözügedən sistemlər Avropada regional sabitliyin təminatı üçün lazımdır.

İki gün əvvəl isə Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya üzvlüyünün hələ tez olduğunu deyib. Poroşenko hərbi alyansın da buna hazır olmadığını, NATO-ya üzvlüyün Avropa Birliyinə birləşmədən sonra müzakirəyə çıxarılacağını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm