İŞİD-dən İraq ordusuna hücum – 18 ÖLÜ
Bizi izləyin

Dünya

İŞİD-dən İraq ordusuna hücum – 18 ÖLÜ

İŞİD Fəllucənin qərbində İraq ordusuna hücum edib. Hücum nəticəsində 18 əsgər ölüb.

Publika.az xəbər verir ki, İraq ordusunun nəzarətə götürdüyü Fəllucənin qərbində yerləşən Macar nahiyəsində İŞİD üç bombalı hücum təşkil edib. Nəticədə 18 əsgər ölüb, 11 əsgər isə yaralanıb.

Fəllucə Dövlət Xəstəxanasından verilən məlumata görə, İŞİD-in hücumundan sonra İraq ordusu bölgəyə hava hücumu edib. Hücum nəticəsində üç mülki şəxs ölüb və bir ailədən aralarında uşaq da olmaqla altı nəfər yaralanıb.

Ənbar Əməliyyatlar Komandanlığından verilən məlumata görə, Fəllucənin cənubundakı Naimiyyə bölgəsində İŞİD ilə hüquq-mühafizə orqanları arasında baş verən toqquşmada 7 İŞİD yaraqlısı öldürülüb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm