Kremldə çevriliş iddiaları: reallıq, yoxsa təhdid?
Bizi izləyin

Dünya

Kremldə çevriliş iddiaları: reallıq, yoxsa təhdid?

Polşa sovetoloqu, Polşa Elmlər Akademiyasının üzvü, tarixçi Ancey Novak Rusiya prezidenti Vladimir Putinin perspektivlərindən danışıb.

Publika.az-ın verdiyi xəbərə görə, Polşanın “W Polityce” portalına açıqlama verən A.Novak məyus olmuş rus cəmiyyətinin güclü rəhbər axtarışında olduğunu bildirib.

Tarixçi deyib ki, Rusiyanın xarici siyasəti Kreml rəhbərliyinin daxili ehtiyaclarına tabe edilib. O əlavə edib ki, daha böyük problem Putinin Ukraynaya genişmiqyaslı müdaxilə edəcəyi halda yaranacaq.

A.Novak hesab edir ki, Putini xarici siyasətdə müvəffəqiyyətlərin dayandırılmasına görə devirəcəklər: “Onu ictimai inqilab və ya zəif müxalifət deyil, keçmiş Dövlət Təhlükəsizliyi Komitəsindən olan həmkarlar devirə bilər”.

Polşalı sovetoloqun sözlərinə görə, Rusiyada real problemlər var və onları görməmək mümkün deyil.

Xatırladaq ki, dünən analoji bir iddia ilə rusiyalı jurnalist Aleksandr Sotnik öz “Facebook” səhifəsində çıxış edib. Onun sözlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) dərinliklərində Rusiyanın ali rəhbərliyini yeni siyasi fiqurla dəyişdirməyə hazırlaşırlar”.

Ümumiyyətlə, “Sotnik ТV” nəşrinin banisi, Kreml hakimiyyətinin aktiv tənqidçisi Aleksandr Sotnik son vaxtlar Kremldə hakimiyyət çevrilişi ilə bağlı verdiyi siqnallarla gündəmdədir. A.Sotnik bir müddət əvvəl qeyd edib ki, Rusiyada saray çevrilişi ideyasının aktuallığı görünməmiş sürətlə yetişir. O, fikrini əsaslandırmaq üçün bildirib ki, 1991-ci ildə “qəflətən" dağılan SSRİ-nin davamlılıq ehtiyatı indiki Rusiyadan daha güclü idi.

“Birincisi, istehsal dağıdılmamışdı, ikincisi, xalqın əksəriyyəti SSRİ-nin saxlanılması üçün mübarizə aparırdı. Sadəcə “materialın yorğunluğu” öz sözünü dedi. Müqavimət göstərə bilməyən körpü qəflətən uçdu. Həm də unutmaq lazım deyil ki, SSRİ-nin dağılması ərəfəsindəki “düşkünlük” səviyyəsini indiki ilə müqayisə etmək olmaz. Putin yalnız ölkəni dalana aparmadı, o həm də Rusiyanl iqtisadi və siyasi baxımdan öldürdü. Onun gedişi hazırda qaçılmaz görünür. Saray çevrilişi ideyasının aktuallığı görünməmiş sürətlə yetişir. Rublun sürətlə dəyərini itirməsi ilə ən yaxın həftələrdə iş yerlərinin ümumi ixtisarları və ölkənin “iqisadi sabitliyinə” inamın itkisi qaçılmazdır. Əhalinin üst-üstə gələn yorğunluqdan gözlərini “qəflətən” açması ilə hakimiyyətin yuxarı eşelonlarında müflis olmuş “milli liderin” yerdəyişməsi haqqında plan mütləq yetişəcək”, - deyə o, Putin hakimiyyətini yaxşı ssenarilərin gözləmədiyini dilə gətirib.

Putini saray çevrilişinin gözlədiyinə əmin olan digər bir şəxs rusiyalı politoloqu Stanislav Belkovskidir. Onun sözlərinə görə, Kreml başçısı özü də bunu bilir: “Gözlənilən prosesin qarşısını almaq üçün Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin nəzdində artıq Milli Qvardiyanın formalaşması prosesi başlayıb. Hesab olunur ki, Putin onun üçün ən çətin vaxtda Milli Qvardiyaya söykənə biləcək”.

"Gündəlikdə saray çevrilişi var. Sui-qəsd ehtimalı da böyükdür. Belə bir atmosfer var. Bu isə indiyədək görünməmiş səviyyədə repressiyalara açır”, - deyə S.Belkovski xəbərdarlıq edir.

Kreml ideoloqu və imperialist fikirlər müəllifi kimi tanınan Aleksandr Duqinin də saray çevrilişi barədə xəbərdarlıq etməsi iddiaların əsassız olmadığını göstərir. Donbas hövzəsindəki rusmeyilli separatçıların əsas ideoloqu, “Beynəlxalq Avrasiya Hərəkatı”nın başçısı ötən ayın əvvəlində “Facebook” səhifəsində yazıb ki, saray çevrilişi mümkündür. O hətta Putinin qətlini də istisna etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm