ABŞ-dan şok proqnoz: neftin qiyməti 50 dollara qədər düşəcək
Bizi izləyin

Dünya

ABŞ-dan şok proqnoz: neftin qiyməti 50 dollara qədər düşəcək

ABŞ-dan neft istehsalçıları olan ölkələr üçün heç də yaxşı olmayan proqnoz verilib.

Publika.az-ın “Bloomberg” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin rəhbəri Adam Seminski neftin bir barrelinin qiymətinin 50 dollara qədər düşə biləcəyini deyib.

O qeyd edib ki, analitiklərin əksəriyyəti 2015-ci ilin ortasına kimi neftin qiymətinin 62 dollara qədər düşə biləcəyini proqnozlaşdırırlar.

Ekspertlərin fikrincə, neftin qiyməti o vaxta kimi düşəcək ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) üzvləri hasilatın həcmini aşağı salmaqdan imtina edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm