• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səkkiz qızı QİÇS-ə yoluxduran oğlan – FOTOLAR

  • Dünya
  • 19 Noyabr 2014 15:05
  • 2 119 Baxış
Səkkiz qızı QİÇS-ə yoluxduran oğlan – FOTOLAR

Rumıniya sakini 25 yaşlı “Kazanovanın” dəfnindən sonra onun sevgililəri daha pis xəbər alıblar: sən demə, vəfat edən oğlan QİÇS infeksiyasına yoluxubmuş. Aparılmış analizlərdən sonra məlum olub ki, oğlan səkkiz qadını da QİÇS-ə yoluxdurub.

İyirmi beş yaşlı Daniel Deku bir il İtaliyada yaşayıb, gününü gecə klub və əyləncələrində keçirdib. Sonradan isə oğlan vətəni Rumıniyanın Seqarça şəhərinə geri dönüb.

Vətəninə döndükdən bir il sonra isə o, xəstələnərək vəfat edib. Onun ölüm səbəbi isə Danielin dəfn günü məlum olub: 25 yaşlı oğlan QİÇS-dən vəfat edib.

Şok xəbər dəfn mərasimində qalmaqala səbəb olub. Onunla intim münasibətdə olan qadınlar analiz vermək üçün dərhal xəstəxanaya üz tutublar. Dəfn mərasimində iştirak edən bu qadınların da xəstəliyə tutulduqları məlum olub.

Həkimlər isə oğlanın QİÇS-ə yoluxdurduğu qadınların daha çox olduğunu güman edirlər. Bir il xaricdə yaşamış Danielin yoluxdurduğu qadınların sayının 40-a çatdığı ehtimal edilir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR