Putin yeni mərhələyə start verdi: “Leopard”lar Donetskdə
Bizi izləyin

Dünya

Putin yeni mərhələyə start verdi: “Leopard”lar Donetskdə

Ukraynanın Donbas hövzəsindəki münaqişə təhlükəli mərhələyə daxil olur. Rusiyanın yeni hərbi texnikası Donetsk ətrafına çatıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın "Foreign Policy" nəşri yazıb.

ABŞ nəşrinin yazdığına görə, “Interpreter” qəzetinin iki jurnalisti Şərqi Ukraynada dünən yeni hərbi texnikanı görüb. Jurnalist Menahem Kahana Donetskdən şərqdə yerləşən Toreze şəhərində “Leopard” 1RL232 yerüstü artilleriya kəşfiyyat stansiyasının şəklini çəkib. Hollandiyalı müstəqil jurnalisti Stefan Xeybom isə “Leopard” 1RL232 ilə yanaşı “Rıs” 1RL239-in şəkillərini çəkə bilib.

Hərbi ekspertlərin fikrincə, bu silahlar Rusiya tərəfindən dəstəklənən separatçıların arsenalını ciddi şəkildə gücləndirəcək. Sözügedən zirehli və silahlı radiolokasiya kompleksləri düşmən qüvvələrinin yerdəyişmələrini, həmçinin vertolyotlar və pilotsuz təyyarələrin hərəkətlərini izləmək imkanına malikdir. Bu silahlar həmçinin düşmən hədəflərinin dəqiq nişan alması funksiyasını icra edirlər. Bu funksiya separatçılara sadə artilleriya və "Qrad” raketlərini daha öldürücü silaha çevirməyə imkan verəcək. “Leopard” 1RL232 faktiki olaraq hava, quru və dənizdə 40 kilometrə qədər məsafədə olan hədəfləri dəqiq seçir.

"Foreign Policy" qeyd edir ki, Ukraynada bir neçə ədəd “Leopard” 1RL232–nin olması barədə iddiaların olmasına baxmayaraq, onların istifadəsi haqqında heç bir məlumat yoxdur: “Xüsusilə əhəmiyyətlidir ki, Şərqi Afrikada bu günə qədər bu texnika görməyiblər. Qeyd edək ki, tərəflər arasında barışıq əldə olunmasına baxmayaraq, Donetsk beynəlxalq aeroportu uğrunda döyüşlər davam edir. Döyüşlərdə artilleriya sistemlərindən də istifadə olunur. “Leopard” 1RL232 və “Rıs” 1RL239 kimi sistemlərdən bu döyüşlərdə istifadə olunması separatçılar üçün son dərəcə faydalı ola bilərdi. Ancaq onlar haqqında indiyə kimi heç kəs danışmayıb”.

Son zamanlar şəkillər və videolardan görmək olar ki, Rusiyanın Donbas hövzəsində olduğu iddia edilən hərbi texnikaların bortlarında "H-2200" yazısı var. Kiçik yükü ifadə edən bu nişandan “Rusiya dəmir yolları” şirkətində istifadə olunur. Şirkətin rəhbəri Vladimir Yakunin isə Ukrayna böhranında iştiraka görə ABŞ-ın sanksiyaları altına düşüb. “VICE News” nəşrinin jurnalisti Saymon Ostrovski 9 noyabrda bir şəkil çəkib. Şəkildə Rusiyanın Rostov vilayətində “H-2200" nişanı ilə qatarlara yüklənilən “T-72” tankları görünür. ABŞ-ın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Daniel Ber də dəmiryol platformalarında eyni nişanla yüklənilən “T-72” tanklarını görüb.

Ukraynanın şərqinə Rusiya hərbi texnikasının bu cür genişmiqyaslı hərəkəti barədə NATO-nun Avropadakı güclərinin komandanlığı, general Filip Bridlavın bəyanatı təhlükənin ölçüsünü daha açıq şəkildə ortaya qoydu. NATO generalı iki həftə əvvəl Sofiya keçirdiyi bir mətbuat konfransında bildirdi ki, Ukraynanın ərazisinə daxil olan Rusiya tankları, artilleriya və zenit kompleksləri, həmçinin Rusiya döyüşçülərinin böyük partiyaları müşahidə olunur. ATƏT Rusiya müdaxiləsi barəsində daha ətraflı məlumat verib. Qurum Donbas hövzəsində fərqləndirici nişanları olmayan 43 hərbi yük maşınının qeydə alındığını açıqlayıb. Məlumata görə, kolon separatçıların nəzarət etdiyi Donetsk şəhərinə hərəkət edib. Kolonda beş ağır qaubitsa və beş reaktiv yaylım atəş sistemi qeydə alınıb.

ABŞ Müdafiə Nazirliyindəki mənbə “Daily Beast” nəşrinə bildirib ki, Ukraynada hazırda təxminən 7000 Rusiya hərbçisi, həmçinin 100 qədər tank, 400-dən çox zirehli avtomobil, 150-dən çox özüyeriyən artilleriya və reaktiv yaylım atəş sistemi yerləşdirilib. Həmin mənbə iddia edir ki, Rusiya-Ukrayna sərhədində isə zirehli maşınlar və artilleriya sistemləri ilə 40-50 min Rusiya hərbçisi var.

“Niyə Rusiya birdən-birə öz marionetkalarını belə güclü silahlarla təchiz etməyə başladı? RLS və “T-72”lər separatçılara nəzarət etdikləri ərazilərdə mövqeləri möhkəmləndirməyə, həm də Kiyev hakimiyyətinin nəzarətində olan əraziləri ələ keçirməyə imkan verir. Kremlin ehtimal edilən niyyətləri haqqında putinçilərin özləri danışırlar. Noyabrın 10-da “Daily Beast”a danışan politoloq Sergey Markov bildirib ki, Peski, Avdeyevka və Sçaste qədər olan ərazilərin tədricən nəzarət altına alınması planlaşdırılır. Sçastedə isə istilik elektrik stansiyası yerləşir. Maraqlıdır ki, Luqanskda son həftələr demək olar ki, ciddi döyüşlər getmir. Döyüşlər yalnız elektrik stansiyasının ətrafında gedir. Ehtimal ki, stansiya separatçılara elektrik enerjisi təchizatında Kiyevdən asılılıqdan qurtulmaq üçün lazımdır. RLS və “T-72”lər də ehtimal ki, məhz enerji mənbəyinin tutulması üçün lazımdır”, - deyə "Foreign Policy" nəşri yazıb.

ABŞ nəşrinin qənaətinə görə, Putin çətin ki, ağır sanksiyalardan çəkinərək özünün imperiya layihəsinin iflası ilə barışmağa hazır olacaq: “Hazırda Qərbin əsas diqqəti Yaxın Şərqə yönəlib. Avropa Birliyi inandırır ki, sanksiyaları gücləndirməyi planlaşdırmır. Qərb həmçinin Ukraynaya sızan Rusiya qoşunları haqqında xəbərlərdən təngə gəlib. Rusiya lideri isə güman edir ki, onun uduşuna zəmanət verilib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm