Yeni dövlət elan edildi
Bizi izləyin

Dünya

Yeni dövlət elan edildi

Ukrayna faktiki parçalanma mərhələsinə qədəm qoyub, artıq ölkə vətəndaşlarına Donetsk Respublikasının pasportları paylanıb.

Ukrayna faktiki parçalanma mərhələsinə qədəm qoyub, artıq ölkə vətəndaşlarına Donetsk Respublikasının pasportları paylanıb.

Avropa.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donetsk şəhərində Donetsk-Krivoyroq Respublikasının yaranmasının 96-ci ildönümünə həsr olunmuş mitinqdə arzu edən bütün vətəndaşlara Donetsk Respublikasının pasprotları paylanıb.

Mitinq iştirakçıları Donetsk Ukrayna daxilində Federal Respublika elan ediblər. Donetsk-Krivoyroq Respublikasının yaradıcısı olan Artyomun abidəsi qarşıdında keçirilən aksiyada müxtəlif partiyadan nümayəndələr iştirak ediblər.

Avrointeqrasiya əleyhinə şüarlar səsləndirən aksiya iştirakçıları, sonda vilayət və rəhbərliklərinə müraciət edərək Donetsk-Krivoyroq Respeblikasının yaradılmasını elan etməyə çağırıblar.

Aksiya iştirakçıları həmçinin ölkə prezidentindən Ukraynanı tez bir zamanda federal ölkəyə çevrilməsi istiqamətində qərar verməyi tələb ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm