Kerri ABŞ prezidentini Lavrova “satdı”
Bizi izləyin

Dünya

Kerri ABŞ prezidentini Lavrova “satdı”

Rusiya Dövlət Dumasında "hökumət saatı”nda çıxış edən xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Con Kerri ilə son danışıqlarının təfərrüatlarını açıqlayıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, Kerri ilə söhbətində ABŞ prezidenti Barak Obamanın Rusiya ilə bağlı dilə gətirdiyi fikirləri gündəmə gətirib.

S.Lavrov xatırladıb ki, ABŞ prezidenti həm BMT tribunasından, həm də “Böyük iyirmiliyin” Avstraliyada keçirilən sammitində dünya üçün təhlükələrdən danışarkən Ebola virusu ilə Rusiyanın adını yanaşı çəkib. Rusiya xarici işlər nazirinin sözlərinə görə, amerikalı həmkarı Barak Obamanın sözlərinə diqqət yetirməməyi məsləhət görüb.

Rusiya xarici işlər naziri Ukrayna böhranına görə Qərbin Rusiyanı ittiham etməsinin perspektivsiz olduğunu bildirib. Lavrovun fikrincə, Qərb etibarın möhkəmləndirilməsi haqqında Vyana müqaviləsi üzrə Moskva ilə əməkdaşlığı dayandırmaq üçün hər şeyi edir.

Lavrov qeyd edib ki, Qərb Donetsk və Luqansk ”xalq respublikaları”nı danışıqlardan çıxarmağa və Rusiyanı münaqişə tərəfi kimi təqdim etməyə çalışır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm