Müsavat daha bir nəfərə xəbərdarlıq etdi
Bizi izləyin

Dünya

Müsavat daha bir nəfərə xəbərdarlıq etdi

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası daha bir nəfərə xəbərdarlıq edib.


Partiyadan Pubika.az-a verilən məlumata görə, MNTK-nın toplantısında
partiya Məclisinin üzvü Könül Mirzəyevanın (Könül Turan Türk) Kamil Xəlilbəyli ilə yazışmalarında işlətdiyi ifadələr müzakirə olunub.

İclasda iştirak edən Könül Mirzəyeva onun barəsində olan iddialarla əlaqədar çıxış edib, verilən sualları cavablandırıb. Könül Miurzəyeva işlətdiyi ifadələrə görə peşmançılıq keçirdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirib.

MNTK müzakirələrdən sonra partiyanın Məclis üzvü Könül Mirzəyevaya xəbərdarlıq edib.

Qeyd edək ki, K. Xəlilbəyli K. Mirzəyeva ilə şəxsi yazışmalarda təhqirə yol verdiyinə görə partiyadan çıxarılıb.

Lakin o özü bununla razılaşmır. K. Xəlilbəyli Qubad İbadoğlunu dəstəklədiyi üçün partiyadan xaric edildiyini hesab edir: “Mənə onlar tərəfinə keçməyimi təklif etdilər, qəbul etmədim. Üstündən 10 gün keçdi və məni xaric etdilər. Amma məni niyə çıxartdıqlarını özləri də yaxşı bilir. İndi şəxsi yazışmamıza görə məni çıxarılmağıma səbəb olan Könül Turanı çağırıb xəbərdarlıq edirlər. Bu gözdən pərdə asmaqdır. Həmin şəxsi yazışmada Könül Turan məni əvvəlcə təhqir etdi, mən də onu qarşılıq cavab verdim. Necə olur, Qubad İbadoğlunu dəstəkləyən xain elan edilib çıxarılır, Arif Hacılını dəstəkləyənə xəbərdarlıq edilir?”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm