• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Atatürk rüşvət aldı” – DAVA

  • Dünya
  • 19 Noyabr 2014 18:20
  • 798 Baxış
“Atatürk rüşvət aldı” – DAVA

Türkiyə Milli Tele-radio Yayım Şurasında “Atatürk rüşvət aldı” iddiası davaya səbəb olub.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, “Kanal A” televiziya kanalında yayımlanan proqramda Atatürkə və Cümhuriyyət Xalq Partiyasına (CHP) ağır ittihamlar irəli sürülüb. Bu gün Milli Tele-radio Yayım Şurasında keçirilən toplantıda həmin ittihamlar mübahisəyə səbəb olub. Dava səbəbindən toplantı yarımçıq dayandırılıb.

Milli Tele-radio Yayım Şurasına CHP-dən seçilən üzvü Əli Öztunc davadan sonra twitter hesabında bunları yazıb: “Milli Tele-radio Yayım Şurasında ikinci Atatürk ittihamı. Elə birincini ittihamı da “Kanal A” televiziya kanalında eyni proqramda, eyni şəxs irəli sürüb. Atatürkü rüşvət almaqda ittiham edirlər, CHP-çilərin namus problemi olduğu ilə təhqir edirlər. Bu gün keçirilən toplantıda yenə AKP-dən olan iki üzv kanala cəza verilməsinə razı olmadı. Yenə qərar çıxmadı. Halbuki bu dəfə daha ağır sözlərdən istifadə edilib. Lazımi açıqlamanı verəcəyəm”.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR