Jirinovski: “O, bizim şərəfimizə tüpürür”
Bizi izləyin

Dünya

Jirinovski: “O, bizim şərəfimizə tüpürür”

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiya futbol yığmasının italiyalı baş məşqçisi Fabio Kapelloya qarşı növbəti sərt ittihamlarla çıxış edib.

Axar.az xəbər verir ki, Jirinovski Rusiya Futbol Federasiyasını Kapellonu istefaya göndərməyə çağırıb.

“O istəyir ki, bizim komandamız qalib gəlməsin. O, bizim üçün yad insandır. Ola bilsin, o, futbol sahəsində Avropa İttifaqının sanksiyalarını yerinə yetirir. Bizim baş məşqçimiz olsa da, uduzmağımız, ən pis nəticə əldə eləməyimiz üçün hər şey edir”, - Jirinovski deyib.

Partiya lideri bildirib ki, Kapello muzdlu kimi oynayır:

“Onu ölkə maraqlandırmır. Bizə başqa məşqçi lazımdır. Onu dünya çempionatından sonra qovmaq lazım idi. Biz onu Dövlət Dumasına çağırırıq. Amma o gəlmir. Parlamentimizə, partiya şərəfimizə tüpürür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm