Ruiya ABŞ-la hörmətə əsaslanan münasibətlərin olmasını istəyir
Bizi izləyin

Dünya

Ruiya ABŞ-la hörmətə əsaslanan münasibətlərin olmasını istəyir

Rusiya Birləşmiş Ştatlarla bir-birinin maraqlarına hörmət, bərabərhüquqlu münsaibətlər və bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə əsaslanan praktiki əməkdaşlığa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putun ölkısinə təyin olunmuş yeni səfirlərin etimdnaməsini qəbul edərkən deyib.

Putin deyib ki, rəsmi Moskva ABŞ-la hörmətə əsaslanan münasibətlərin olmasını istəyir.

O, iki ölkənin beynəlxalq təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də qlobal risklər və təhlükələrə cavab verilməsi kimi xüsusi məsuliyyət daşıdığını bildirib.

Qeyd edək ki, ötən gün tərəfdarları ilə Moskvada keçirdiyi görüşdə Putin Birləşmiş Ştatların Rusiyanı öz nəzarətinə tabe etməyə çalışdığını və öz problemlərini Rusiyanın hesabına həll etmək istədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm