NATO Rusiyaya sərt cavab verdi: “Bu, bizim qəbul edəcəyimiz qərardır”
Bizi izləyin

Dünya

NATO Rusiyaya sərt cavab verdi: “Bu, bizim qəbul edəcəyimiz qərardır”

Ukraynanın NATO-ya qoşulmayacağı barədə hərbi ittifaqdan yüzfaizli təminat istəyən Rusiyaya cavab verilib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatından təəccübləndiyini ifadə edib.

“Rusiya rəsmi şəxsinin belə bəyanatı məni təəccübləndirir. Bəyanat reallıqdan uzaq və Rusiyanın özünün də imzaladığı beynəlxalq öhdəliklərin pozuntusudur”, - deyə NATO-unun rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Ukrayna 2010-cu ildən bloklara qoşulmamaq siyasətini həyata keçirməyə qərar verib: “NATO Ukraynanın suveren qərarlarına hörmət edir və Rusiya da bunu etməlidir. Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, ittifaqın liderləri Uels sammitində bildirdilər ki, NATO “açıq qapı” siyasətini həyata keçirir və bu ittifaqın ən böyük müvəffəqiyyətlərindən biridir. Genişlənmə üzrə qərarlar NATO-nun özünə aiddir".

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi NATO-nun heç bir ölkəsinin Ukraynanın ittifaqa üzvlüyünü düşünmədiyi barədə yüzfaizli zəmanət istədiklərini deyib.

"Biz eşitmək istəyirik ki, NATO Rusiya sərhədlərinə yaxınlaşmasına son qoyacaq. NATO gücün balansını pozmaq cəhdlərinə son verəcək. Amma təəssüf ki, biz bu sözləri eşitmirik”, - deyə D.Peskov vurğulayıb.

Putinin mətbuat katibi Qərbi Rusiyanı "mühasirəyə almaq" cəhdində ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm