“Ölkədə “qəddar qoçaqlar” dövrü qayıdır”,- hakim partiyadan xəbərdarlıq
Bizi izləyin

Dünya

“Ölkədə “qəddar qoçaqlar” dövrü qayıdır”,- hakim partiyadan xəbərdarlıq

Ukrayna Regionlar Partiyası Ukrayna Baş prokurorluğundan müxalifət liderlərinin hərəkətlərinə hüquqi qiymət verməyi tələb edir.

Ukrayna Regionlar Partiyası Ukrayna Baş prokurorluğundan müxalifət liderlərinin hərəkətlərinə hüquqi qiymət verməyi tələb edir.

Publika.Az –ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, partiyanın mətbuat xidmətinin bugünkü bəyanatında müxalifətin “hərbiləşdirilmiş qruplaşmalar” yaratmasından narahatlıq ifadə olunur.

Regionlar Partiyasında hesab edirlər ki, Ukraynada vəziyyət hazırda daha çox Liviya hadisələrini xatırladır. “Demokratiyanın qələbəsindən sonra orada özünə hörmət edən hər diktatura əleyhinə mübariz sadiq silahlı tərəfdarlardan ibarət dəstə yaratmağı zəruri hesab edirdi. Ukrayna müxalifət rəhbərlərinin cəhdləri sayəsində “qəddar qoçaqlar” dövrü qayıdır”,- bəyanatda bildirilir.

Regionlar Partiyası silahlı qruplaşmaların yaradılmasının Ukrayna Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə məsuliyyəti daşıdığını xatırladır. Bəyanatda beynəlxalq ictimaiyyət tərəfindən də müxalifətin hərəkətlərinə reaksiya veriləcəyinə ümid ifadə olunur.

“Amerika, Avropa və Avstraliyada qanun pozuntuları heç vaxt siyasi motivlərlə əlaqələndirilmir. Anarxiyaya tam icazə orada demokratiya hesab edilmir və milli təhlükəsizliyi təhdid edir. Hər bir Ukrayna vətəndaşı hadisələrə obyektiv qiymətini verə bilər. Avropanın heç bir qətnaməsi və ya müxalifət KİV-nin biclikləri hər şeyin öz adı adlandırılmasına maneə olmayacaq”, - Regionlar Partiyasının bəyanatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm