Rusiya ilə ABŞ arasındakı fərq
Bizi izləyin

Dünya

Rusiya ilə ABŞ arasındakı fərq

“Rusiya Ukraynanın müstəqil sərbəst siyasəti aparmaq qabiliyyətinə inanmır. Moskvada belə bir fikir hökm sürür ki, Kiyevdə baş verən bütün hadisələrin arxasında ABŞ durur”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obamanın keçmiş xüsusi köməkçisi, ABŞ Dövlət Departamentinin beynəlxalq proqramlar üzrə bürosunun koordinatoru Meykon Filips deyib.

“Biz tez-tez məqalələrin başlıqlarını görürük ki, Maydan hadisələrinin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlandığı deyilir. Bu bizim sivilizasiyalarımızın arasındakı fərqi göstərir. Rusiya inanmır ki, Ukraynanın özü problemlərin öhdəsindən gələcək və buna görə də düşünür ki, Kiyevi ABŞ-ı maliyyələşdirir. ABŞ isə inanır ki, Ukraynanın özü bacaracaq”, - deyə Maydan hadisələri ilə bağlı Kiyevdə keçirilən konfransda Filips bildirib.

Onun sözlərinə görə, Ukrayna hökumətinin keçirəcəyi islahatlar Rusiyanın yalanının ən yaxşı cavabı olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm