Kobanidən Türkiyə ərazisinə toplardan atəş açıldı
Bizi izləyin

Dünya

Kobanidən Türkiyə ərazisinə toplardan atəş açıldı

İŞİD-lə PKK terror təşkilatının Suriya qanadı olan PYD arasında gedən döyüşlərdə atılan 3 top mərmi Türkiyə ərazisinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yazılı açıqlama yayıb.

"Dərhal Suriya tərəfindən açılan atəşin koordinatları müəyyən edilərərk həmin istiamətə 6 ədəd mərmi atılıb", açıqlamada bildirilir.

Baş Qərargahın məlumatına görə, Suriya tərəfinədn atılan mərmilər boş əraziyə düşdüyündən heç bir itki olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm