Ağ Evi qaralayıblar
Bizi izləyin

Dünya

Ağ Evi qaralayıblar

Ötən gün ABŞ-da Ağ Evə daha bir nəfər soxulmağa cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmət İdarəsinin rəsmi nümayəndəsi Nikol Meynor məlumat yayıb.

Onun sözlərinə görə, iqamətgaha soxulmağa cəhd edən 41 yaşlı Ayova ştatı sakini, Ar Cey Kafim Məxfi Xidmət İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun avtomobilinə baxış zamanı 1 ədəd tüfəng, 40 ədəd patron və bıçaq aşkarlanıb. Kafim barəsində qanunsuz silah gəzdirmə maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu ilin sentyabr ayından indiyədək bu, Ağ Evə soxulmağa çalışan 3-cü şəxsdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm