PKK silahları necə təhvil verəcək – Detallar
Bizi izləyin

Dünya

PKK silahları necə təhvil verəcək – Detallar

Türkiyədən çəkilən PKK terror təşkilatının əlindəki silahlarla bağlı “yol xəritəsi”nin detalları məlum olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “yol xəritəsi”ndə PKK-nın silahları necə təslim edəcəyi və dövlətin necə təhvil alacağı barədə detallar yer alıb.

Plana görə, PKK üzvləri silahları basdıracaq. Daha sonra isə PKK-lılar silahsız olaraq sərhəddən Şimali İraqa keçəcək və dövlət bu silahları toplayacaq. Planda silahların basdırılacağı ünvanlar da əksini tapıb.

Qeyd olunur ki, hökumət ilk olaraq PKK-nın cəmiyyətdə yaratdığı xaosa son qoymasını gözləyəcək. Bundan sonra PKK-nın İmralı həbsxanasında olan lideri Abdullah Öcalan terror təşkilatına hərəkətsizlik çağırışı edəcək və silahların təhvil verilməsi gündəmə gələcək. Prosesin gələn ilin yaz aylarında tamamlanması gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm