Laricani partiya yaradır
Bizi izləyin

Dünya

Laricani partiya yaradır

İran Parlamentinin spikeri Əli Laricani yeni partiya yaradır. Bu sözləri parlamentin Rəyasət Heyətinin üzvü Behruz Neməti deyib. Bu barədə Trend İSNA xəbər agentliyinə istinadən məlumat verir.

B.Neməti bildirib ki, Laricani partiyanı xalqın dəstəyi ilə yaradır: “Laricani partiyanı ölkənin siyasi arenasında öz sözünü demək üçün yaradır. Partiyanın yaradılması üçün ilkin işlər görülüb”.

Onun sözlərinə görə, problem yaranmazsa, Laricaninin partiyası “Rahrovan-e Vilayət” ("Vilayət ardıcılları") adlanacaq.

İran KİV-nin məlumatına əsasən, indiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 2500-dən artıq siyasi təşkilat qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət göstərir. Onlardan isə yalnız 10-15 partiya aktivdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm