Keçmiş prezidentə ölüm cəzası istənildi
Bizi izləyin

Dünya

Keçmiş prezidentə ölüm cəzası istənildi

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin işi ilə məşğul olan prokurorlar ona ölüm cəzasının kəsilməsini tələb ediblər.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prokuror Emad Əl-Şaravi məhkəmə dinlənmələrində bildirib.

Misirin keçmiş prezidenti başqa ölkələrə, xüsusilə İran və Qətərə məxfi məlumatları ötürülməkdə, “Həmas” və “Hizbullah” təşkilatları ilə əməkdaşlıq etməkdə və ölkədə qeyri-stabil vəziyyətin yaradılmasında ittiham olunur. İstintaq versiyasına görə, Mursi məxfi məlumatlar üçün Qətərdən 1 milyon dollar alıb.

M.Mursi 2012-ci ilin iyun ayında ölkədə keçirilən ilk azad prezident seçkilərində qalib gəlib. Təxminən birillik prezidentlik dövründən sonra müdafiə naziri Əbdülfəttah əs-Sisi tərəfindən devrilib və həbs olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm